
ABŞ-da yol polisinin saxladığı sürücü qorxulu anlar yaşadıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da yol hərəkəti qaydalarını pozan sürücü, polis tərəfindən saxlanılıb. Yol polisinin yaxınlaşması ilə qəfil maşını hərəkətə gətirən sürücü hadisə yerindən qaçmağa çalışıb. Bu vaxt polislərdən biri avtomobilin açıq şüşəsindən içəri girərək avtomobili dayandırmaq istəyib. Ancaq, sürücünün öz maşınını digər avtomobillərə sürtməsilə yol polisi yerə düşərək yaralanıb. Həmin görüntülər polisin kamerasına anbaan yansıyıb.