Messi üç ay oyunlara çıxmayacaq – BU SƏBƏBƏ GÖRƏ

“Barselona”nın hücumçusu Leonel Messi vəzifəli şəxsləri tənqid etdiyinə görə üç ay müddətində diskvalifikasiya edilib.

 Yeniavaz.com xəbər verir ki, bu barədə “El Mundo” nəşri məlumat yayıb.

Məlumata görə, Cənubi Amerika Futbol Federasiyası (CONMEBOL) Argentinalı forvard Lionel Messini üç ay müddətinə diskvalifikasiya etmək qərarına gəlib.

Futbolçunun diskvalifikasiyası avqustun 3-dən etibarən qüvvəyə minəcək. Beləliklə, futbolçu Çili, Meksika və Almaniyaya qarşı yoldaşlıq oyunlarında Argentina millisində oynaya bilməyəcək. Bundan əlavə, L.Messiyə 50 min dollar məbləğində də cərimə tətbiq edilib.

Bildirilir ki, Braziliyada başa çatan Amerika Kuboku zamanı L.Messi təşkilatı və vəzifəli şəxsləri tənqid etdiyi üçün cəzalandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top