Ayaz İsmayılov küçəsi, 67 a ünvanında yerləşən hündür binanın 6-cı mərtəbəsinin eyvanından yerə yıxılan 1991-ci il təvəllüdlü Əliyeva Tamara Vaqif qızının vəziyyyəti ağır qiymətləndirilir.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, o, 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, hadisə Gecə saatlarında Bakının Xətai rayonu ərazisində baş verib.
*** 08:48
Bakıda 6-cı mərtəbədən yıxılan qadın sağ qalıb - FOTOLAR
Gecə saatlarında Bakının Xətai rayonu ərazisində bədbəxt hadisə baş verib.
Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, 1991-ci il təvəllüdlü Əliyeva Tamara Vaqif qızı Ayaz İsmayılov küçəsi, 67 a ünvanında yerləşən hündür binanın 6-cı mərtəbəsinin eyvanından yerə yıxılıb.
Ağır xəsarət alan qadın əraziyə gəlmiş "təcili yardım" maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.
Yaralıya müştərək travma və baldır sümüklərinin sınığı diaqnozu qoyulub.



Tətbiqimizi yükləyə bilərsiniz