Paşinyan Xankəndidə mitinq eləməyə hazırlaşır


Ermənistan baş naziri Nikol Paşinyan avqustun 5-i Azərbaycanın işğal altında olan Xankəndi şəhərində ermənilərlə görüş keçirəcək. Yeniavaz.com "Sputnik"ə istinadən xəbər verir ki, bunu erməni baş nazir öz "Facebook" səhifəsində bəyan edib.

Paşinyan insanları bazar ertəsi Bakı vaxtı ilə saat 19:00-da şəhərin "Dirçəliş" meydanına gəlməyə çağırıb.

Ermənistanın baş naziri vurğulayıb ki, görüş zamanı o, öz siyasi gündəliyini təqdim edəcək və gələcəyə dair fikirlərini açıqlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top