Gəncədə 66 yaşlı kişi arı sancmasından ölüb


Gəncə şəhər sakini arı sancması nəticəsində həyatını itirib.

Hadisə Bayan küçəsində qeydə alınıb.

Belə ki, 1953-cü il təvəllüdlü Şıxı Nəriman oğlu Hüseynovu küçədə arı sancıb. Ş.Hüseynov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ehtimal olunur ki, arının iynəsi mərhumun şah damarına toxunub.//APA

DİGƏR XƏBƏRLƏR

Top