Bakıda BMW ilə "KİA" toqquşub, xəsarət alan var - FOTOLAR

Bakıda yol-nəqliyyat hadisə baş verib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Tbilisi prospektində qeydə alınıb.

Prospektdə yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil “KİA” markalı avtomobillə toqquşub. BMW daha sonra idarəetməni itirərək körpünün altındakı səkiyə çıxıb.

Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 

DİGƏR XƏBƏRLƏR

Top