Zelenski bu FOTOYA görə tənqid olundu – "Putini yamsılamaqdan əl çəkin!"


Ukraynalı sosial şəbəkə istifadəçiləri paylaşdığı fotoya görə dövlət başçısı Vladimir Zelenskini tənqid ediblər.
Yeniavaz.com xəbər verir ki, V.Zelenski sosial şəbəkədə idman edən zaman çəkdiyi fotonu “Siyasət siyasətdir, amma idmanı heç kim ləğv etmədi. Sabahınız xeyir” başlığı ilə paylaşıb. Prezidentin bu paylaşımı izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, fotonun altında bir çox istifadəçilər, V.Zelenskiyə sosial şəbəkələrin idarə edilməsinə deyil, daha çox ölkənin konkret problemlərinin həllinə vaxt sərf etməyi məsləhət görüblər.
Bundan əlavə, “ Hər kəs artıq fotogenik olduğunuzu başa düşdü. Nə vaxt işə başlayırsınız?” “Bəlkə prezidentin vəzifələrini yerinə yetirməyin vaxtı çatıb? Putini yamsılamaqdan əl çəkin!” kimi şərhlər  yazılıb.

DİGƏR XƏBƏRLƏR

Top