Türkiyədə 1000 illik əlyazma Quran tapılıb - FOTOLAR


Türkiyənin Muğla vilayətində, polisin keçirdiyi əməliyyat zamanı 1000 illik əlyzama "Quran-i Kərim" tapılıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, vilayətin Yatağan rayonunda polis kreditlə alınmış və sonrada bank tərəfindən müsadirə edilən avtomobillərin sökülüb satılmasına qarşı əməliyyat keçirib. Rayon sakini İ. K.-nın iki evində aparılan əməliyyat-axtarış tədbirləri zamanı bir çox tarixi əhəmiyyətli əşya və silah-sursat ələ keçirilib.
Ələ keçirilən əşyalar arasında isə ceyran dərisi ilə cildlənmiş 1000 illik və əlyazma halında olan "Quran-i Kərim" diqqəti cəlb edib.
Əməliyyat zamanı İ. K. saxlanılıb və istintaq başladılıb.

DİGƏR XƏBƏRLƏR

Top