Kliçko Zelenskini HƏDƏLƏDİ - "Əgər mən mer vəzifəsindən kənarlaşdırılsam..."

 
Kiyev meri Vitali Kliçko Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılacağı təqdirdə avropalı tərəfdaşlara müraciət edəcəyini deyib.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu “RBC Ukrayna”ya müsahibəsində Vitali Kliçko deyib.
 
“Əgər mən Kiyev meri vəzifəsindən kənarlaşdırılsam, avropalı tərəfdaşlarımıza müraciət edəcəyəm. Biz demokratik dövlət qurmaq istəyiriksə, vətəndaşların fikirlərinə laqeyd qalmağımız doğru deyil”, – deyə mer bildirib.
 
Xatırladaq ki, Ukrayna prezidenti V.Zelenski Kiyev meri V.Kliçkonu ikinci vəzifəsindən - Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri vəzifəsindən kənarlaşdırmaq istəyir və artıq hökumətdən müvafiq təqdimat verməsini istəyib. Ukrayna qanunlarına görə, şəhər merləri sakinlər tərəfindən səsvermə yolu ilə seçilir. Kiyev şəhər administrasiyasının başçısı hökumətin təklifi ilə prezident tərəfindən təyin edilir və vəzifədən azad edilir.
 
Qeyd edək ki, V.Kliçko 5 iyun 2014-cü ildə Ukrayna paytaxtının meri seçilib. Bir ay sonra isə Ukraynanın həmin dövrki prezidenti Petro Poroşenko tərəfindən Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top