Türkiyədən ABŞ-a XƏBƏRDARLIQ: "Hər şeyi etməyə qadirik"


Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Suriya sərhəddində qurulmalı olan "təhlükəsiz ərazi" ilə bağlı mətbuat konfransı keçirib və ABŞ-a xəbərdarlıq edib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla veridiy xəbərə görə, H. Aksoy ABŞ-ın bu mövzuda lazımi səyi göstərməzsə "təhlükəsiz ərazi"ni özlərinin yaradacaqlarını bildirib: "Bu prosesin ləngidilməsinə icazə verməyəcəyik. Gözləntilərimiz qarşılanmazsa, milli təhlükəsizliyimizi təmin etmək üçün hər şeyi etməyə qadirik. Buna imkanımız və bacarığımız çatır".
O həmçinin "təhlükəsiz ərazi"nin hansı şərtlərlə yaradılmalı olduğunu da bildirib: "Ərazinin dərinliyi 32 kilometr olmalıdır və nəzarət Türkiyədə olmalıdır. Bütün PYD/YPG qüvvələri isə ərazidən təmizlənməlidir. Avqust ayının 5-də Türkiyəyə ABŞ-ın hərbi heyəti gələcək və bu məsələlər yenidən müzakirə ediləcək".

DİGƏR XƏBƏRLƏR

Top