Futbol tarixində İLK DƏFƏ - UEFA Super Kubokunun final hakimi qadın oldu - FOTO


Avqustun 14-də İstanbulda keçiriləcək UEFA Super Kubokunun hakimi məlum olub.

Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, "Liverpul" və "Çelsi" arasında baş tutacaq final qarşılaşmasını fransalı qadın hakim Stefani Frappart idarə edəcək.
Onun köməkçiləri həmyerlisi Manuela Nikolosi və irlandiyalı Mişel Onil olacaq.
Oyunda dördüncü hakimi funksiyasını Cüneyt Çakır yerinə yetirəcək.
Qeyd edək ki, S. Frappart Avrokuboklar finalını idarə edəcək ilk qadın hakim kimi futbol tarixinə düşəcək.
Xatırladaq ki, UEFA Super Kubokunun finalı İstanbulda "Vodofon Arena"da baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top