Əcnəbilərin Azərbaycan banklarında nə qədər pulları var? - MƏBLƏĞ


Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə xarici ölkə vətəndaşlarının Azərbaycan banklarındakı əmanətlərinin həcmi 502,4 milyon manat olub.
Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, əmanətlərin 103,9 milyon manatı milli valyutada, 398,4 milyon manatı xarici valyutada yerləşdirilib.
Bu ilin əvvəlindən ötən dövr ərzində əcnəbilərin banklardakı əmanətlərinin həcmi 34,2% və ya 261,4 milyon manat azalıb. Azalma yalnız xarici valyutada yerləşdirilən əmanətlər üzrə qeydə alınıb.
Məlumat üçün bildirək ki, əcnəbilərin Azərbaycan banklarında yerləşdirdikləri əmanətlərin həcmi ən yüksək həddə 2015-ci ildə çatıb. 2015-ci ildə əcnəbilərin banklardakı əmanətlərinin həcmi 1 milyard 233,1 milyon manat azalıb.
 

DİGƏR XƏBƏRLƏR

Top