İqtisadi müharibədə Trampdan Çinə qarşı YENİ HƏMLƏ


ABŞ-la Çin arasındakı iqtisadi müharibə davam edərkən Donald Tramp sentyabr ayının 1-dən etibarən 300 milyard dollarlıq Çin məhsullarına 10 faiz əlavə gəlir tətbiq edəcəklərini açıqlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, D. Tramp bu barədə məlumatı sosial şəbəkələrdə öz səhifəsindən paylaşıb.
Qeyd edək ki, iki ölkə arasında ötən ilin mart ayında başlayan ticarət savaşı sonuncu dəfə ABŞ-ın çinli texnologiya şirkətlərinə sanksiyalar tətbiq etməsi ilə nəticələnmişdi.
Bu sahədə Çin və ABŞ-ın apardığı danışıqların 11-cisi may ayında ABŞ-da həyata keçirilmişdi. Çini təmsil edən baş nazirin köməkçisi Liu Hı bu danışıqlardan əliboş geri qayıtmışdı.

DİGƏR XƏBƏRLƏR

Top