Kürdə boğulan gəncin meyidi tapılaraq ailəsinə verilib

Kür çayında boğulan Yevlax sakini, 27 yaşlı Nəsib Maarif oğlu Nəsibzadənin meyiti tapılıb.

Yeniavaz.com xəbər verir ki, FHN-nin Kiçikhəcmli Qayıqlara Nəzarət və Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc axtarış qrupu tərəfindən gəncin meyiti sudan çıxarılaraq, aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, 27 yaşlı N. Nəsibzadə Kür çayının rayonun Duzlaq kəndindən keçən hissəsində çimərkən batmışdı.

Esmira Hidayətova,Yevlax

DİGƏR XƏBƏRLƏR

Top