Dənizə düşən şəxsin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Xətai rayonunda, Dənizkənarı Milli Park ərazisində, qeyri-məntəqə (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

FHN-dən Yeniavaz.com-a verilən xəbərə görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın (şəxsiyyəti dəqiqləşdirilir) meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

DİGƏR XƏBƏRLƏR

Top