Prezidentdən Komitə sədri ilə bağlı SƏRƏNCAM


Prezident İlham Əliyev  Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri KərəmHəsənovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yeniavaz.com həmin sərəncamı təqdim edir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında əmlak məsələləri sahəsində dövlət idarəetməsinin təşkilində səmərəli fəaliyyətinə görə Kərəm Əvəz oğlu Həsənov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 avqust 2019-cu il"

DİGƏR XƏBƏRLƏR

Top