Şamaxıda BƏDBƏXT HADİSƏ: kombayn sürücünün üstünə aşdı

Taxıl biçini zamanı kombayn sürücünün üzərinə aşıb.

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Şamaxıda baş verib.

Şamaxı rayon Dəmirçi kənd sakini 1976-cı il təvəllüdlü Ağayev Niyaməddin Ağaəli oğlu taxıl biçərkən texniki problem yaranıb.

Kombayndan yerə enən sürücü texnikanı təmir etmək istəyib. Anidən kombayn onun üzərinə aşıb.

Xoşbəxtlikdən yaxınlıqdakı insanlar onun köməyinə gəlib.

N.Ağayev ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Cərrahiyə şöbəsində müalicəsi davam edən xəstənin vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top