Bu videonu çəkdikdən bir neçə gün sonra qətlə yetirildi - VİDEO


Türkiyədə Özkan O. adlı şəxs ayrılmaq istəmədiyi sevgilisini öldürüb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gülay Şimşək adlı xanım sevgilisinin onu öldürməklə təhdid etdiyi iddiası ilə məhkəməyə müraciət edib. Daha sonra sevgilisinin ona zərər verməyəcəyinə dair söz verdiyi anları videoya çəkərək şikayətini geri alıb. Ancaq, Özkan O. bir neçə gün sonra Gülay Şimşəyə işdən çıxan vaxt tapancası ilə 4 dəfə atəş açaraq ağır yaralayıb. Təcili xəstəxanaya çatdırılan 27 yaşlı xanım dünyasını dəyişib. Gülay Şimşəyin öz qatilini çəkdiyi video görüntülər isə izləyənləri kədərləndirib.

DİGƏR XƏBƏRLƏR

Top