Ermənilər "Artsax" adından imtina etdilər - FOTOFAKT

Ermənistanın "Artsax" (ermənilər Qarabağa "Artsax" deyirlər - red.) futbol klubunun adı dəyişdirilib.
Yeniavaz.com xəbər verir ki, Ermənistan çempionatının növbəti sezonunda klub "Noa" adı ilə iştirak edəcək.
Qeyd edək ki, ötən il "Artsax" klubu 9 komandadan ibarət olan Ermənistan çempionatını 8-ci sırada başa vurub.
Məlumat üçün onu da bildirək ki,  "Artsax" futbol klubu 2 il əvvəl yaranıb. "Artsax" futbol klubu Azərbaycanın "Qarabağ" klubunun adının Avropa mətbuatında tez-tez hallanmağa başlamasından sonra ortaya çıxıb.
Onu da qeyd edək ki, Artsax" klubunda oynayan şəxslərdən biri Rusiyada, Dağıstan Resapublikasının Dərbənd şəhərində anadan Samur Ağaməhəmmədovdur. Samur Ağaməhəmmədov "Artsax" futbol klubuna keçməzdən əvvəl AFFA tərəfindən 21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət olunub. 2017-ci ildə Azərbaycan milli komandasının tərkibində Türkiyədə gedib və burada təlim-məşq toplanışında iştirak edib. Lakin Samur milliyyətcə erməni olan meneceri - Hovanes Qoaryanın təkidi ilə Azərbaycan millisindən imtina edərək Ermənistana yollanıb. O zaman Ermənistan mətbuatına açıqlama verən Samur bildirib ki, onun üçün milli mənsubiyyət əsas deyil.


 

DİGƏR XƏBƏRLƏR

Top