Bakıda iki qız atası damarlarını kəsib bıçağı ürəyinə sancdı

Lombard işçisi olan 1970-ci il təvəllüdlü Paşayev Etibar Quraş oğlu Pirallahı rayonunun Zirə qəsəbəsində özünü öldürüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat veriblər.

İntihar hadisəsi iyulun 31-i axşam saatlarında baş verib. E.Paşayev bağ sahəsində qolunun vena damarlarını kəsib və bıçağı ürəyinə sancıb.

Onun yığılan borclara görə intihar etdiyi ehtimal olunur. Borcun dəqiq məbləği isə məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) üzrə cinayət işi qaldırılıb.

E.Paşayev iki qız atası olub.

DİGƏR XƏBƏRLƏR

Top