"Açığını deyim, mən bu addan qaçırdım. İstəmirdim, hirsləndim. Artıq 60 yaşdayam, gecdir... Naz etmirəm, dostlarım məni yaxşı tanıyır, olanı deyirəm. Vaxt-zaman keçir, bəlkə də sakitləşirəm".
Yeniavaz.com BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri dünən "Əməkdar artist" fəxri ada layiq görülən aktyor və şoumen Qorxmaz Əlilicanzadə (Əlili) deyib.
Q.Əlilicanzadə fəxri adla təltif edildiyinə görə, minnətdarlıq da edib:
Qeyd edək ki, Q.Əlilicanzadə soyadının anonslarda düzgün səsləndirilməməsinə etiraz əlaməti olaraq "Hər şey daxil" verilişinə gəlməkdən imtina etmişdi. Lakin canlı yayımlanan proqramın ortasında verilişə qatılmağa qərar verib.