14 yaşlı Ruzi 20 günlük komadan ayıldı - FOTO

Şamaxıda qəzaya düşərək ağır kəllə-beyin travması alan və 20 gün komada qalan 14 yaşlı Ruzi Həmidov sağlamlığına qovuşub. 

Yeniavaz.com xəbər verir ki onun müalicəsi Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilib. 

Rayonun Sabir qəsəbəsinin sakini olan yeniyetmə mayın 2-də qəzaya düşüb. O, ilk olaraq Bakıdakı xəstəxanalardan birində müalicə alıb, daha sonra isə Türkiyəyə aparılıb. 

İki aylıq müalicədən sonra Həmidov vətənə qayıdıb. O, burada fizioterapiya və digər bərpaedici kurs keçəcək.

DİGƏR XƏBƏRLƏR

Top