Dünyanın ən güclü şahmatçıları məlum oldu - Şəhriyarın mövqeyi...


Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) avqust ayı üçün açıqladığı reytinq siyahısında 9-cu sıraya geriləyib.
Yeniavaz.com FİDE tərəfindən açıqlanan məlumataistinadən bildirir ki, Şəhriyar Məmmədyarov iyul ayı üçün açıqlanan reytinq siyahısında 8-ci sırada yer alıb.
Azərbaycan qrossmeysterlərindən Şəhriyar Məmmədyarov  2764 xala sahib olub. İyul ayında bu göstərici 2765 xal olub.
Onu da qeyd edək ki, bu ilin yanvar ayında Şəhriyar Məmmədyarov  2817 xalla 3-cü sırada yer almışdı.
Şəhriyar Məmmədyarovun siyahəda bir pillə geriləməsindən sonra Ermənistan təmsilçisi Levon Aronyan son 2 il ərzində ilk dəfə önə keçib. Avqust ayında Ermənistan təmsilçisi 2765 xalla 8-ci sırada yer alıb. Habuki ötən ilin avqustunda Şəhriyar Məmmədyarov 3-cü, Aronyan 13-cü sırada yer almışdır.
Şəhriyar Məmmədyarovdan fərqli olaraq Teymur Rəcəbov reytinq siyahısındakı mövqeyini yaxşılaşdırıb. Yanvar ayında 2757 xalla 14-cü sırada olan Teymur Rəcəbov avqust ayında 2758 xalla 12-ci sıraya yüksəlib.
Digər Azərbaycan şahmatçılarından Arkadi Naydiç 2675 xalı olan 62-ci, Qədir Hüseynov isə 2654 xalla 101-ci sırada qərarlaşıb. Yanvar ayı ilə müqayisədə Arkadi Naydiçin mövqeyi 41 pillə,  Qədir Hüseynovun mövqeyi isə 20 pillə pisləşib.
Məlumat üçün bildirək ki, yanvar ayında ən güclü 100 şahmatçı sırasında 5 Azərbaycan idmançısı olduğu halda avqust ayında yalnız 3 idmançı yer alıb. Yanvar ayında 39-cu sırada olan Rauf Məmmədov (2703 xal) və 62-ci sırada olan Eltac Səfərli (2681 xal) avqust ayında ilk 100-lüyə düşə bilməyiblər.
 

DİGƏR XƏBƏRLƏR

Top