Məşhur fotonun ürəkağrıdan hekayəsi - VİDEO


Suriya rejiminin bombardımanı nəticəsində uçqun altında qalan körpələrin əmisi həmin anları BBC-yə danışıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Suriyadakı müharibədə uçqun altında qalan iki körpə haqqında qısa video çarx hazırlanıb.
Qeyd edək ki, suriyalı jurnalist tərəfindən çəkilən həmin anların fotosu qısa vaxtda sosial şəbəkələrdə yayılmışdı. Körpələrin sağ qalan əmisi BBC-yə müsahibəsində belə deyib:
"Həmin vaxt evdə oturmuşdum. Birdən evin şüşələri silkələnməyə başladı və evimiz uçdu. Çox çətinliklə evdən çıxdım və qardaşım uşaqlarının uçqun altında qaldığını gördüm. Nə edəcəyimi bilmirdim".
Ətrafdakı insanların köməyi ilə uçan evlərin altından çıxarılan iki körpədən 5 yaşlı Riham xəstəxanada dünyasını dəyişir, digəri Tuqa bəbək isə həyat mübarizəsini davam etdirir. Hazırlanan videoçarxda həmin anları görüntüləyən fotoqrafın xatirələri də yer alıb.

DİGƏR XƏBƏRLƏR

Top