Mingəçevir “Könüllü”lərinə sertifikat verildi


Mingəçevir İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə “Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədilə   Mingəçevir İcra Hakimiyyəti, Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlamışdır.
Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşulmuş, müxtəlif sosial bacarıqları və əmək vərdişləri aşılayan təlimlərdə iştirak etmişlər. Mingəçevir İcra Hakimiyyəti üzrə gündəlik olaraq 2 növbədə könüllülük fəaliyyəti təşkil olunmuşdur.
Bu gün Mingəçevir İcra Hakimiyyətində təcrübə keçən “Könüllü”lərə sertifikatlar verilib. Tədbirdə başçı İlham İsmayılov, Aparatın nümayəndələri  və könüllülər iştirak edib.  Tədbirdə icra başçısı qeyd edib ki Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsasının məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda da bu idoelogiya cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Respublika ərazisində baş tutan bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətlərinin olduğunu vurğulanıb.
Artıq  İcra Hakimiyyətində ikinci dəfə könüllülərin fəaliyyətindən istifadə edildiyi qeyd edildi. Könüllülər vətəndaşlarla keçirilən səyyar qəbullarda və eləcə də gündəlik iş proseslərində aktiv şəkildə iştirak ediblər. Daha sonra könüllülər çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, Mingəçevir  İcra Hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər.Sonra 4 könüllüyə Mingəçevir İcra Hakimiyyəttərəfindən sertifikatlar təqdim olunub, xatirə şəkili çəkdirildi.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top