Şoyqunun milyardlarla əmlakı keçmiş stüardessasına peşkəş çəkdiyi ortaya çıxıb - FOTOLAR


Bu gün Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu haqqında şok məlumat yayılıb.

“The İnsider” saytının verdiyi xəbərə görə, Sergey Şoyqunun əvvəllər rəhbərlik etdiyi Fövqaladə Hallar Nazirliyinin keçmiş stüardessası Yelena Şebunova müxtəlif dövlət sazişləri və tenderlərdən 6,5 milyard rubl (10 milyon 211 min dollar) pul qazanıb.

Saytın informasiyasında Yelena Şebunovanın vaxtilə Fövqaladə Hallar Nazirliyinin xidməti təyyarəsində stüardessa kimi fəaliyyət göstərdiyi və nazir Şoyqunu ezamiyyətlərdə müşayiət etdiyi göstərilib.

“The İnsider” keçmiş stüardessanın 2001-ci ildə Sergey Şoyqudan uşaq (Danila Şebunov) dünyaya gətirdiyini və bundan sonra işlərinin “yağ kimi getdiyini” yazıb. Belə ki, bundan sonra Y.Şequnova öncə VAZ 21083 markalı avtomobilini “Mersedes-Benz”ə dəyişib. Daha sonra isə o, FHN-in podratçı şirkətlərinin birinin sahibinin ona hədiyyə etdiyi, olduqca bahalı Rublyovka bölgəsindəki mənzilə yiyələnib.

Yelena Şebunovanın oğlu Danila Şebunov

“The İnsider” Y.Şebunovanın Jukovka qəsəbəsində (Moskva vilayəti) dəyəri 1,5 milyard rubl (təxminən 2 milyon 356 min dollar) məbləğində, Vladimir Putinə yaxın oliqarxlar sayılan Rotenberq qardaşları ilə qonşuluqda malikanəyə sahib olduğunu yazıb. Bu mülk isə ona Müdafiə nazirliyinin ən iri podratçılarından sayılan Mixail Koçetkovdan qalıb. Sayt Şebunovanın Moskvadakı Minsk küçəsində bir restoranı da olduğunu qeyd edib.

Verilən informasiyalarda Yelena Şebunovanın xüsusilə hərbi şəhərciklərin tikintisi ilə məşğul olan firmaların rəhbər strukturlarına girdiyi göstərilir.

Məsələn, 2014-cü ildə Şebunova hərbi şəhərciklərin tikintisində istifadə olunan materialları tədarük edən “Spetsstroykonstruksiya” adlı səhmdar cəmiyyətin həmsahibəsinə çevrilib.

Araşdırma zamanı Yelena Şebunova ilə bağlı şirkətlərin müxtəlif dövlət sifarişlərini də yerinə yetirdiyi və burada milyonlar qazandığı məlum olub.

Habelə Sergey Şoyquunun sevgilisi olduğu iddia edilən bu qadının Vladimir Pavlov adlı iş ortağı ilə birlikdə “Qrossbif” adlı restoran açdığı, “Voentorq” Səhmdar cəmiyyətinə rəhbərlik etdiyi ortaya çxıb. Bu şirkət hərbi geyimlərin hazırlanması, qidaların tədarük edilməsi, qarnizonlarda dərzi, hamam, bərbər xidmətinin göstrilməsi ilə məşğul olur.//musavat.com

DİGƏR XƏBƏRLƏR

Top