ABŞ Cavad Zərifə qarşı sanksiya tətbiq edib

ABŞ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiya tətbiq edib.

Bu barədə ABŞ administrasiyasının yüksək çinli nümayəndələrindən biri jurnalistlər üçün brifinqdə deyib.

“Zərif İran rejiminin beynəlxalq ictimaiyyət qarşısındakı simasıdır və o, Tehrannın nüvə proqramına dəstək, ballistik raket yaradılması və terror şəbəkələri üçün təbliğat və dezinformasiya aparılmasında öndə durur”, - administrasiya nümayəndəsi belə deyib.

Ağ Ev rəsmisi onu da əlavə edib ki, ABŞ İranın XİN rəhbərini fəal dialoq aparılmasında tərəfdaş hesab etmir və danışıqların daha yüksək vəzifəli şəxslə aparılmasını istəyir.//APA

DİGƏR XƏBƏRLƏR

Top