Çempionlar Liqasında III təsnifat mərhələsinin cütləri bəlli olub


Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün cütləri dəqiqləşib.

II təsnifat mərhələsinin bu gün keçirilən 5 cavab oyunundan sonra son cütlər də bəlli olub.

Avqustun 6-7-də və 13-də baş tutacaq mərhələdə 10 cüt görüşəcək. Bunlardan altısı Çempionlar yolu, dördü Liqa yoluna təsadüf edəcək.

Azərbaycan çempionu “Qarabağ” APOEL-lə üz-üzə gələcək. İlk oyun Kiprdə, cavab matçı Bakıda baş tutacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu

ÇFR (Kluj, Rumıniya) - "Seltik" (Şotlandiya)
APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan)
PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya)
”Dinamo” (Xorvatiya) - "Ferensvaroş" (Macarstan)
“Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka)
“Maribor” (Sloveniya) – “Rusenborq” (Norveç)

Liqa yolu
“Başakşəhər” (Türkiyə) - “Olimpiakos” (Yunanıstan)
“Bazel” (İsveçrə) - LASK (Avstriya)
“Krasnodar” (Rusiya) - “Portu” (Portuqaliya)
“Brügge” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna)

APA

DİGƏR XƏBƏRLƏR

Top