Bakıda rəqqasə fotostudiyada kəllə-beyin travması alıb

Bakının Səbail rayonunun Nizami küçəsi, 48 ünvanında yerləşən fotostudiyada qadın xəsarət alıb.

Sabunçu rayonu, E.Saratov küçəsi, 27 ünvanında yaşayan və rəqqasə kimi fəaliyyət göstərən 21 yaşlı İslamzadə Arzu Yusif qızı çəkiliş zamanı yıxılıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona yumşaq toxumaların və ənsə sümüyünün əzilməsi, həmçinin baş-beyin silkələnməsi diaqnozu qoyulub.//Report

DİGƏR XƏBƏRLƏR

Top