“Qarabağ”ın oyununda gərginlik olub - Klub prezidentindən açıqlama - VİDEO

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Qarabağ”  - “Dandolk” matçı zamanı azarkeşlərlə polis arasında gərgin anlar yaşanıb.

Bu, qarşılaşmanın 70-ci dəqiqəsində qeydə alınıb.

Belə ki,  polis əməkdaşlarının “İmarət” azarkeş qrupunun yer aldığı tribunaya qalxması fanatların narazılığı ilə qarşılanıb.

“Qarabağ”ın prezidenti Tahir Gözəl də tribunada yaşanana xoşagəlməz hadisə ilə bağlı “Qafqazinfo”ya açıqlama verib: “Gördüm ki, tribunalarda xoşagəlməz hadisələr yaşandı. Bunu araşadıracağıq, lazımı orqanlarla danışacağıq. İstəyirik ki, belə hallar olmasın. Bunlar bizim ziyanımızadır. Belə hadisələrə görə cərimələr ödəyirik”.

DİGƏR XƏBƏRLƏR

Top