Cavid Qurbanov onu mətbuat katibi təyin etdi


“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilərək onun əvəzinə Mətbuat katibliyi yaradılıb.

Yeniavaz.com xəbər verir ki, bu vəzifə Natəvan Bayramovaya həvalə olunub.

Qeyd edək ki, Natəvan Bayramova bu vəzifəyədək İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının katibi olub. 

O, qurumun sözçüsü kimi Sevinc Qədirovanı əvəz edib. 
 

DİGƏR XƏBƏRLƏR

Top