Qəzaya uğramış MiQ-29-un axtarışında türkiyəli mütəxəssislər - FOTOLAR


İyulun 31-də Bakıya gələn Türkiyə Respublikasının aidiyyəti qurumlarının xüsusi avadanlıqlar və qurğularla təchiz edilmiş mütəxəssisləri təlim-məşq uçuşları zamanı qəzaya uğramış hərbi təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara cəlb olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Nüdafiə Nazirliyindən məlumat verib

Qeyd edək ki, qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsinin və itkin düşən pilotun axtarışlarına cəlb olunan heyətə Türkiyənin Hərbi Dəniz Qüvvələrinə aid Sualtı Axtarış Xilasetmə Dəstəsinin 10 əməkdaşı daxildir. Xatırladaq ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsi iyulun 24-də qəzaya uğrayaraq Xəzər dənizinə düşüb. Pilot Rəşad Atakişiyevin taleyindən məlumat yoxdur.Təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara müasir sualtı robotlar və digər avadanlıqlar, o cümlədən xarici mütəxəssislər və peşəkar dalğıclar cəlb olunub.Müdafiə Nazirliyi əməliyyatlara əlavə qüvvələrin qatılması məqsədilə Türkiyənin aidiyyəti qurumlarına müraciət etmişdi.


DİGƏR XƏBƏRLƏR

Top