Azərbaycanda 17 yaşlı məktəbli qızın faciəvi sonu – 1 gün sonra nişanı olacaqdı… - FOTO


Zaqatalada 17 yaşlı qız intihar edib.

Yeniavaz.com
 primetime.az-a istinadən xəbər verir ki, hadisə dünən rayonun Əliabad qəsəbəsində baş verib. 

2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tapılıb. O, özünü həyətlərindəki tövlədə kəndirlə asıb.

Qeyd edək ki, 17 yaşlı qızın nişanı olacaqdı, lakin bir gün öncə intihar edib. Bu, G.İsmayılovanın intihar etməsinin səbəbi kimi qeyd edilir.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top