ABŞ-ın eks prezidenti BMT-nin afrikalı nümayəndələrinə "meymun" deyib


ABŞ-ın eks prezidentlərindən Ronald Reyqanın BMT-nin afrikalı nümayəndələrinə "meymun" dediyi səs yazısı ortaya çıxıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, R. Reyqan 1971-ci ildə Kaliforniya ştatının rəhbəri vəzifəsini icra edərkən bir telefon danışığı zamanı BMT-nin afrikalı nümayəndələrinə "meymun" deyib: "Bu Afrika ölkələrindən gələn meymunlara lənət olsun. Hələ də ayaqqabılara alışa bilməyiblər".
ABŞ-da fəaliyyət göstərən "The Atlantic" jurnalının iddiasına görə R. Reyqan bu sözləri daha sonra ABŞ prezidenti olacaq Rimard Niksona deyib.
İddiaya əsasən Reyqan bu sözləri Tayvanın BMT üzvlüyünüdən çıxarılması üçün səs verən afrikalı nümayəndələrə əsəbləşərək deyib.

DİGƏR XƏBƏRLƏR

Top