6-cı mərtəbədən düşən 3 yaşlı uşaq sağ qaldı - VİDEO


Çində yaşayış binasının 6-cı mərtəbəsindən düşən 3 yaşlı uşaq bina sakinlərinin qabaqcadan aldığı tədbir nəticəsində sağ qalıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, 6-cı mərtəbədə yaşayan bir ailənin 3 yaşlı uşağı evin eyvanındakı qoruyucu səddən asılı qalıb. Bir müddət burada asılı qalan uşaq eyvana çıxmaq istəsə də buna gücü çatmayıb və bir müddət sonra aşağı düşüb. Bina sakinlərinin qabaqcadan aldıqları tədbir nəticəsində uşağa heç nə olmayıb. Belə ki, onlar uşağın düşəbiləcəyi nöqtəni təyin edərək eyvanın altına mələfə açıblar.
Həvəskarlar tərəfindən anbaan lentə alınan hadisə internetdə qısa zaman ərzində sürətlə yayılıb.
Səlahiyyətli şəxslər isə yay aylarında eyvan qapılarını və pəncərələrini açıq qoyan ailələrə uşaqlara nəzarət etmələri barədə xəbərdarlıq edib.

DİGƏR XƏBƏRLƏR

Top