Bu yelləncəklərin bir tərəfi ABŞ-a, bir tərəfi də Meksikaya məxsusdur - VİDEO


ABŞ-Meksika sərhəddində həyata keçirilən bir layihə dünya ictimaiyyətinin marağıəna səbəb olub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Kaliforniya Universitetinin əməkdaşları Ronald Rael və Vircinya San-Fratello ABŞ-Meksika sərhəddindəki miqrant faciələrini dünya ictimaiyyətinin nəzərinə çatdıqmaq üçün maraqlı layihə hazırlayıblar. Belə ki onlar, bir tərəfi ABŞ, digər tərəfi isə Meksika ərazisinə düşən yelləncək hazırlayıblar. Qurulan bu əyləncə qurğuları vasitəsilə sərhəddin digər tərəflərində olan uşaqlar qarşılıqlı oyunlar oynaya biliblər.
Uşaqlarla birgə böyüklərin də marağına səbəb olan layihə bir müddətliyinə də olsa sərhəddə tez-tez yaşanan miqrant ölümlərini unutdurub.
Layihə rəhbərlərindən Roland Rael həyata keçirdikləri bu işdən məmnunluğunu dilə gətirib: "Yaşadığım ən inanılmaz təcrübələrdən biridir".

DİGƏR XƏBƏRLƏR

Top