
Türkİiyə televiziya tarixinə adını yazdıran "Ayrılsak da Beraberiz” serialının aktyorları 20 ildən sonra duyğusal paylaşım edərək sevənlərinə nostalji hislər yaşadıblar.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hakan Yılmaz (Teoman) və Necmi Yapıcı (Feridun) 20 ildən sonra eyni pozu verərək izləyiciləri ilə bölüşüblər. Onlar fotonu "20 illik dostluq" və "Ət və dırnaq" yazısı altında paylaşıblar.
Qeyd edək ki, Azərbaycanda da sevilən serialın ilk bölümü 1999-cu ildə yayımlanıb və 2002-ci ilə qədər davam edib.
