Batumidə üç azərbaycanlının bıçaqlanmasının səbəbi məlum olub - YENİLƏNİB


Batumidə üç Azərbaycan vətəndaşının bıçaqlanması ilə nəticələnən dava qız üstündə baş verib.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, bu barədə hadisə şahidləri “Rustavi 2” televiziya kanalına bildiriblər.

Şahidlərin sözlərinə görə, azərbaycanlı turistlər içkili olublar.

"Rustavi 2"nin məlumatına görə, Azərbaycan vətəndaşlarına bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs 2001-ci il təvəllüdlü yeniyetmədir.


***12:28
Batumidə bıçaqlanan Azərbaycan vətəndaşlarının ikisi xəstəxanadan evə buraxılıb.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, vəziyyəti nisbətən ağır olan digər azərbaycanlı turist isə əməliyyat olunub.

Həkimlər əməliyyat olunan şəxsin vəziyyətinin sabit olduğunu bildiriblər. O, reanimasiya şöbəsinə yerləşdirilib.

Azərbaycan vətəndaşlarını bıçaqlamaqda şübhəli bilinən şəxsin 2001-ci il təvəllüdlü Gürcüstan vətəndaşı olduğu bildirilir.
 

*** 12:07

Batumidə üç azərbaycanlı turistə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, həmin şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.

Şübhəli şəxsin yeniyetmə olduğu barədə məlumatlar yayılıb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi üzrə aparılır. Bu maddə ilə üç ildən beş ilədək həbs cəzası nəzərdə tutulur.

Azərbaycan vətəndaşları hazırda Batumi Referal Xəstəxanasında müalicə olunurlar. Gənclərin ayaq, qol və bədənin digər hissələrindən bıçaq yaraları aldıqları bildirilir.
 

*** 11:46

Ötən gecə Gürcüstanın Batumi şəhərində kütləvi dava olub.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, Ədliyyə Evi yaxınlığında, çimərlikdə baş verən mübahisə qarşıdurma ilə nəticələnib.

Kütləvi dava zamanı 3 Azərbaycan vətəndaşı bıçaq yaraları alıb. Onlar xəstəxanaya çatdırılıb.

Həkimlərin bildirdiyinə görə, onlarından ikisinin vəziyyəti sabit, digərinin vəziyyəti isə nisbətən ağırdır.

Qarşıdurmanın səbəbi hələ məlum deyil.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.

DİGƏR XƏBƏRLƏR

Top