BMT: ABŞ və Əfqanıstan ordusu Talibandan daha çox mülki şəxs öldürüb


Birləşmiş Millətlər Təşkilatı (BMT) 2019-cu ilin birinci yarımilliyində Əfqanıstanda gedən daxili müharibərdə əfqan və ABŞ ordularının, Talibandan daha çox mülki şəxsin ölümünə səbəb olduqlarını açıqlayıb.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, ABŞ və Əfqanıstana aid hərbi təyyarələrin Talibana qarşı keçirdiyi əməliyyatlar zamanı təkcə 2019-cu ilin yanvar ayından iyun ayına kimi 717 nəfər mülki şəxs dünyasını dəyişib.
Talibanın bombardımanları və hücumları zamanı isə 531 mülki şəxs ölüb.
ABŞ və Taliban arasındakı danışıqlar davam etsə də bu ilin ilk 6 ayında aralarında xeyli sayda uşağın da olduğu mindən artıq mülki şəxs dünyasını dəyişib.
BMT Əfqanıstanda Kömək Missiyası (UNAMA) tərəfindən verilən məlumatlara əsasən əsasən ABŞ tərəfindən keçirilən hava əməliyyatları zamanı 89-u uşaq olmaqla 363 mülki şəxs dünyasını dəyişib.
ABŞ ordusundan isə UNAMA-nın verdiyi məlumatları qəbul etmədiklərini, öz statistik məlumatlarının daha doğru olduğu bildirilib. Buna baxmayaraq ordu öz məlumatlarını ictimaiyyətlə bölüşməkdən boyun qaçırıb.

DİGƏR XƏBƏRLƏR

Top