Xəstəxanaya xəstə kimi müraciət edən rektor xəstəxananı bağlatdırdı - SƏBƏB


Türkiyənin Aydın vilayətindəki Adnan Menderes Universitetinin rektoru professor Osman Səlcuq Aldəmir məsul olduğu "Kuşadası International Dent Care" xəstəxanası ilə bağlı xəstələrdən gələn şikayətləri nəzərə alaraq xəstə kimi həmin səhiyyə ocağına üz tutub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, tanınmamaq üçün bəzi üsullara əl atan rektor diş ağrısı ilə xəstəxanaya mürciət edib. Xəstəxana işçiləri isə onu tanımayaraq həkimlərin tətildə olduqlarını bildiribllər və ona başqa xəstəxanaya getməyi tövsiyyə ediblər. Rektorun əlavə sualları qarşısında isə xəstəxana işçiləri onunla kobud rəftar etməyə başlayıblar. Bundan sonra xəstəxanadan məsul şəxs olduğunu deyən O. S. Aldemir xəstələrin şikayətlərində haqlı olduqlarını görüb və xəstəxananı bağlatdırıb.
Daha sonra mətbuata açıqlama verən rektor xəstəxananın yeni həkimlərlə ən qısa müddətdə yenidən fəaliyyət göstərəcəyini bildirib: "3 mərtəbəli binada bütün kondisionerlər işləyir, həkimlər oradadır amma vətəndaşları müayinə etmirlər. Mən belə halları bağışlamıram. Məni tanımamaqları vacib deyil. Əsas olan odur ki, vətəndaşlara layiqincə xidmət etsinlər. Mən də oraya vətəndaş kimi üz tutdum və necə davrandıqlarının şahidi oldum. Nəticədə lazımi tədbiri gördüm".
Son vaxtlar Adnan Menderes Universitetinin Diş Həkimliyi Fakültəsinə bağlı fəaliyyət göstərən "Kuşadası International Dent Care" xəstəxanasına müraciət edən xəstələrdən kütləvi şikayətlər gəldiyi qeyd olunur. Onlar əsasən həkimlərin xəstələri müayinə üçün qəbul etmədiklərini və zorla xəstəxanadan çıxardıqlarını bildirirlər.

DİGƏR XƏBƏRLƏR

Top