Meteohəssaslar üçün XƏBƏR

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanası gözlənilən kosmik hava proqnozunu açıqlayıb.

Rəsədxanadan bildirilib ki, geomaqnit sahə ümumən çox sakitdir. Sabah da Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Enerjili elektron selinin də normal səviyyədə qalacağı proqnozlaşdırılır.

Sabah Günəş küləyi parametrlərinin ümumən sakit rejimə uyğun olacağı, fasilələrlə azacıq güclənəcəyi gözlənilir.

Maqnit qasırğasının yaranması ehtimalı isə 1%-dən aşağı qiymətləndirilir.//Trend

 

DİGƏR XƏBƏRLƏR

Top