2020-ci ildə "iPhone"un kameraları belə olacaq - FOTO


Xəbər verildiyi kimi, məşhur analitik Ming-Chi Kuo bildirib ki, 2020-ci ildə satışa çıxacaq bütün iPhone modelləri 5G şəbəkə dəstəyinə sahib olacaqlar. Bugün isə o, "iPhone"un 2020 modeli barəsində daha bir məlumat verib.

Analitikin verdiyi məlumata əsasən, 1 ildən sonra Apple şirkəti Face ID texnologiyasından imtina edəcək və onu daha təkmilləşdirilmiş ToF (Time of Flight) kamera modulları ilə əvəz edəcək.

Belə ki, həmin ToF kamera modulları istifadəçi üzünü sürətli və dəqiq şəkildə skan etməkdən əlavə olaraq 3D modellərin də əldə olunmasına imkan verəcək. ToF kameralar xüsusi sensor əsasında hazırlanıb. Həmin sensor işıq buraxaraq həmin işığın müəyyən obyektdə əks olunacağı sürəti təyin edə bilir. Bu sürəti təyin edəndən sonra sistem obyektə qədər olan dəqiq məsafəni öyrənir. Bu cür kameraya sahib smartfon 1000-ə yaxın ayrı-ayrı nöqtələrə olan məsafəni təyin etməklə obyektin tam 3D modelini yarada blər.

3D kameranın infraqırmızı kameradan əsas üstünlüyü ondan ibarətdir ki, 3D kamera daha uzaq məsafədə çalışa bilir. Analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən Apple şirkəti iPhone 2020 modellərində məhz bu cür 3D kameralardan istifadə edəcək. Bu cür kameralar 2020-ci ildə təqdim olunacaq 3 iPhone modelindən minimum ikisinə inteqrasiya ediləcək. Həmin ötürücülər smartfonun arxa panelində əsas kamera modulunun yanında və ön paneldə Face ID texnologiyasının yerində yerləşdiriləcək. ToF kamera modulları vasitəsilə Apple şirkəti iPhone modellərinin virtual və artırılmış reallıq sahələrindəki imkanlarını genişləndirməyi planlaşdırır.(lent.az)

DİGƏR XƏBƏRLƏR

Top