17 yaşlı qız tövlədə özünü asdı


Zaqatalada 17 yaşlı qız intihar edib. 

Rayonun Əliabad qəsəbə sakini Gülər İsmayılova yaşadığı evin həyətyanı sahəsindəki tövlədə özünü asıb.

Atası Rusiya Federasiyasında işləyən G.İsmayılova anası və özündən bir yaş böyük bacısı ilə birlikdə qəsəbədə yaşayıb.

Onun intihar etməsinin səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top