İyulun 27-də Mingəçevir şəhəri ərazisində yerləşən çay evlərinin birində şəhər sakinləri K.Quliyev və R.Əliyev münaqişə zəminində həmyerliləri E.Hüseynova, V.İbrahimova və S.Səlimova bıçaqla xəsarət yetirib “VAZ-2107” markalı avtomobildə hadisə yerini tərk ediblər.
Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində K.Quliyev və R.Əliyev avtomobillə birgə saxlanılıblar.