Həbsxanadan DƏHŞƏTLİ KADRLAR - kəsilmiş başlarla futbol oynadılar - VİDEO


Braziliyada ən az 57 nəfərin öldürüldüyü həbsxana üsyanından dəhşətli kadrlar üzə çıxıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin Para əyalətinin Altamira şəhərindəki həbsxanada bir-birinə rəqib qruplaşmalar arasında qarşıdurma yaşanıb. Bu zaman bəzi məhkumların başının kəsildiyi məlum olub. Ən az 16 məhkumun başının kəsildiyi ehtimal olunur.
İngiltərənin nüfuzlu "Daily Mail" qəzetinin yayımladığı kadrlarda, sözügedən həbsxananın dam örtüyündə 5-6 məhkumun kəsilmiş başlarla futbol oynadığı müşahidə olunur.
Hadisənin həbsxanadakı qruplaşmalardan birinin başqa bir qruplaşmanın qaldığı yeri yandırması ilə başladığı bildirilib.
Qeyd edək ki, 200 nəfərlik həbsxanada 311 nəfərin qaldığı məlum olub.

DİGƏR XƏBƏRLƏR

Top