Bakıda klinikada ŞOK CİNAYƏT - 3 nəfər tutuldu


Bakıda klinikadan avadanlıqları oğurlamış şəxslər tutulub.

Yeniavaz.com publika.az-a istinadən xəbər verir ki, Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 17-də rayon ərazisindəki klinikaların birindən tibb avadanlıqları, santexnika ləvazimatları, 2 ədəd soyuducu, 10 ədəd radiator, mikroskop, 2 ədəd divan və 6 ədəd televizor oğurlamaqda şübhəli bilinən şəxslər müəyyənləşib.

Bakı şəhər sakinləri Ə.Əkbərov, A.Abduləliyev və S.Yarıyev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top