Bakıda intihara cəhd edən hər iki nəfər xilas edilib - VİDEO - YENİLƏNİB


Bakıda intihara cəhd edən hər iki şəxs xilas edilib.

Avtomobil yolunun üzərində quraşdırılmış dəmir konstruksiyanın üzərinə çıxaraq intihar edəcəyini bildirən şəxslərdən digəri də aparılan psixoloji söhbət nəticəsində aşağı enməyə razı olub.

Faktla bağlı araşdırma aparılır.

***12:16
Bakı şəhəri, Nizami rayonunda iki kişi özünü hündürlükdən atmaq istəyir.


Yeniavaz.com xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, bu dəqiqələrdə Neftayırma zavodunun yaxınlığında, “Neolit” şadlıq evi istiqamətində körpüyə iki kişi çıxıb.

Orta yaşlı kişilər özlərini ataraq intihar etmək istəyirlər. Hadisə yerinə xilasedicilər və polislər cəlb olunub.

Hazırda intihara cəhd edən şəxslərin xilas edilməsi istiqamətində işlər aparılır. 
 

DİGƏR XƏBƏRLƏR

Top