Tətil çantasında İngiltərəyə gələn arı bütün ölkəni ayağa qaldırdı - VİDEO


Tətil çantasında gizlincə Türkiyədən İngiltərəyə gələn arı bütün ölkəni ayağa qaldırıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyənin Muğla vilayətinə tətilə gəlmiş ingiltərəli Toy ailəsi evə qayıdarkən çantalarında özləri də bilmədən bu iqlimə xas bir arı aparıb. 49 yaşlı Eşli Toy nə edəcəyini bilmədiyi üçün arını pəncərədən çölə buraxıb. Lakin o, bir gün sonra arının evin ətrafında uçduğunu görəndə səlahiyyətli şəxslərə xəbər verib.
Ailənin 19 yaşlı qızı Amelya isə arı haqqında araşdırma edib və məlum olub ki, "osmia avosetta" adlı bu arı növü sadəcə İran və Türkiyədə yaşayır.
İngiltərə Arıçılar Birliyi isə məsələ ilə bağlı belə bir açıqlama yayıb: "Ölkəmizdə yaşamayan bir arı növü bölgədəki və hətta ölkədəki eko-sistemə ciddi ziyan vura bilər. Virus daşıyıcısı ola bilər və bu iqlimin arılıarını məhv edə bilər".
Daha sonra isə İngiltərə Ətraf Mühit, Qida və Kənd Təsərrüfatı Nazirliyindən (DEFRA) Türkiyədən gələn bu arının tutulması və öldürülməsi ilə bağlı tədbirlər görməyə başlanıldığı bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top