Bu gün “Fənərbağça” “Bayer Münhen”lə, sabah isə ya “Real Madrid”lə, ya da “Tottenhem”lə qarşılaşacaq


Bu gün futbol dünyasında maraqla izlənilən turnirlərdən biri olan “Audi Cup”a start veriləcək.

Yeniavaz.com xəbər verir ki, 2009-cu ildən keçirilən turnirin bu ilki iştirakçıları Türkiyənin “Fənərbağça”, İspaniyanın “Real Madrid”, “Almaniya”nın “Bayer Münhen” və İngiltərənin “Tottenhem” klublarıdır.
Qeyd edək ki, “Audi Cup”ın bütün qarşılaşmaları “Allianz Arena”da oynanılacaq.
Xatırladaq ki, Bakı vaxtı ilə 20:00 da baş tutacaq ilk matçda  “Real Madrid” və “Tottenhem” komandaları üz-üzə gələcəklər. Ölkəmizdə də yetərincə azarkeşi olan “Fənərbağça” isə Bakı vaxtı ilə saat 22:30-da meydan sahibi “Bayer Münhen”lə qarşılaşacaq.
Turnirin final və 3-cü yer uğurunda oyunları sabah keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top