Polis əməkdaşı səmimi təbəssümünə görə mükafatlandırıldı

Dubay polisinin zabiti Mahmud Məhəmməd əl-Şaabi iş yerində xoş əhval-ruhiyyə yaradan səmimi təbəssümünə və ətrafında xoşbəxtlik ab-havası yaymaq qabiliyyətinə görə Dubay polisinin Baş İdarəsi tərəfindən mükafatlandırılıb.

Gülərüz polisin iş yoldaşları idarənin Xoşbəxtlik və Pozitivlik Şurasına onun mükafatlandırılması üçün özləri müraciət ediblər.

Xoşbəxtlik və Pozitivlik Şurası direktorunun müavini, polkovnik Səid Abdulla əl-Mazlum bildirib ki, Mahmud əl-Şaabi hər gün öz iş yoldaşlarını və polisə müraciət edən vətəndaşları səmimi təbəssümlə qarşıladığına görə bu mükafatı qazanıb.

Qeyd olunur ki, Dubayda aparılan sonuncu araşdırmalara görə, insanlara ən çox xoşbəxt anlar yaşadan əmirliyin Turizm və Kommersiya Marketinqi Departamenti və Dubay polisi olub. Belə ki, Dubay polisinə müraciət edən 92,5 faiz vətəndaş polisin fəaliyyətindən məmnunluq ifadə edir.//AzərTAC

DİGƏR XƏBƏRLƏR

Top